Kitabxana |
Bakı Slavyan Universitetinin kitabxanası Kitabxana Bakı Slavyan Universitetinin mühüm struktur bölmələrindən biridir. 1946-cı ildən, yəni tərkibində olduğu ali məktəb yarandığı dövrdən, kitabxana da fəaliyyətə başlamışdır. Ali məktəbin həyatında baş verən dəyişikliklər birbaşa kitabxananın strukturuna, fəaliyyət növlərinə, xidmət səviyyəsinə təsir etmiş və etməkdədir. 13 iyun 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Pedaqoji İnstitutunun profili genişləndirilməklə, Bakı Slavyan Universiteti yaradılır. Bu mühüm dəyişiklik kitabxana fondunun tərkibinin, oxucu kontingentinin , xidmət növlərinin də dəyişilməsinə səbəb olur. Qısa bir vaxt ərzində kitabxana üçün nəzərdə tutulmuş 1108 kv.m. sahə, müasir, avropa standartlarına uyğun bir səviyyədə təmir olundu. Kitabxana yeni kitab rəfləri, yazı masaları, oturacaq və paltar dolabları, kompüter avadanlıqları ilə təchiz olundu. Strukturu Kitabxanada 4 şöbə, 2 bölmə, 5 oxu zalı fəaliyyət göstərir. Ümumi fond: 500 000 nüsxədir. İşçilərin sayı : 54 nəfər. Şöbələr 1. “Komplektləşdirmə və kitabların elmi-texniki işlənməsi” şöbəsi - Şöbə il ərzində 6-8 min nüsxə yeni ədəbiyyatı qəbul edir, elmi-texniki cəhətdən işləyərək, şöbələrə təhvil verir, kitablara kartoçkalar yazaraq, baş əlifba kataloqu və oxucu kataloqlarına yerləşdirir. Kitabxananın yeni ədəbiyyatla komplektləşdirilməsində bu mənbələrin rolu böyükdür: 1. Universitetin kitab alınması üçün ayırdığı vəsait 2. “Dərsliklər və Azərbaycan ədəbiyyatı” şöbəsi - tələbələri hər semestr üzrə dərsliklərlə təmin edir. Oxucuları Azərbaycan dilində bədii və elmi ədəbiyyatla təminatını da bu şöbə həyata keçirir. Gün ərzində şöbə 400-500 oxucuuya xidmət edir . 3. “Elmi-bədii ədəbiyyat” fondu - oxucuları elmi və bədii ədəbiyyatla təmin edir. Tələbələrin, kurs, magistr işlərinin, dissertasiya və elmi işlərin yazılmasında ən çox müraciət etdikləri bu şöbə, gün ərzində 200-250 oxucuya xidmət edir. 4. “Məlumat-biblioqrafiya” şöbəsi oxuculara məlumat-biblioqrafiya xidməti göstərir. Şöbədə kitabxananın əsas məlumat bazası olan kataloq və kartoteka sistemi yerləşir. Oxuculara müxtəlif mövzulara dair məlumatı operativ çatdırmaq məqsədilə müxtəlif ensiklopediyalardan, lüğətlərdən, biblioqrafik vəsaitlərdən də istifadə olunur. Şöbə müntəzəm olaraq ədəbiyyat bületenləri tərtib edərək, kafedra və laboratoriyalara, dekanlıqlara, müxtəlif oxucu qruplarına məlumat çatdırır. Bölmələr 1. Jurnal və qəzet fondu. Kitabxananın jurnal və qəzet fondu çox zəngindir. Hər il yerli və xarici mətbuat orqanlarına abunə yazılışı keçirilir. Abunə yolu ilə alınan 60 adda jurnal və qəzetin böyuk hissəsi Moskvada nəşr olunan qəzet və jurnallardır. 1. ”Вопросы языкознания” 2. Dərsliklər fondu № 2 Bu bölmə, 2008-ci ilin aprel ayında Universitetin 2-ci korpusunda yaradılmışdır. ”Rus filologiyası” fakultəsinin tələbələrini dərsliklərlə təhciz edir. 0 min nüsxədən ibarət fondu var.
Oxu zalları
Kitabxananın tədris prosesində rolunu daha da gücləndirmək məqsədilə “Kitabxana Şurası” yaradılmışdır. Universitetin professor və müəllim heyətinin iştirakı ilə şura, fondun düzgün komplektləşdirilməsi, oxuculara xidmət işinin daha da yaxşılaşdırılması, kitabxananın kompüterləşməsi və s. məsələləri vaxtaşırı müzakirə edərək , qərarlar qəbul edir.
|